Elyx sərnişin tətbiqi istifadəçilərə xəritə üzərindən götürülmə və çatdırılma nöqtəsini seçib real vaxtda taksi sifariş etməyə imkan verir. Google Maps və polyline marşrutları, sürücünün canlı izlənməsi, qiymət hesablanması, sifariş tarixçəsi və reytinq sistemi tətbiq olunub. Layihə BLoC memarlığı, socket.io ilə real vaxt kommunikasiyası, Firebase autentifikasiyası və push bildirişləri, həmçinin geolokasiya xidmətləri üzərində qurulub.