Novbe Business xidmət göstərən bizneslərin onlayn randevu və rezervasiyalarını idarə etməsi üçün tətbiqdir; sahibkar filialları, xidmət və kateqoriyaları, işçiləri və müştəriləri idarə edir, iş saatlarını təyin edir və həftəlik cədvəldə randevuları planlaşdırır. Bundan əlavə, biznesin marketplace profili yaradılıb dərc olunur, bildirişlər və hesabatlar izlənilir. Layihə BLoC/Cubit arxitekturası üzərində qurulub; flutter_map və google_maps_flutter, flutter_week_view, şəkil seçimi/kəsimi və çoxdilli lokalizasiya tətbiq olunub.